Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunda mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 200 m² olan 8 otaqdan ibarət mebel sexinin 2 otağının yanar konstruksiyaları 120 m² sahədə, içərisində olan taxta materiallar, hər birinin həcmi 5 litr olan 20 ədəd boya ilə dolu çəllək və sexin ətrafında 10 m² sahədə taxta tullantıları yanıb.
Sexin qalan hissəsi və yaxınlıqda olan digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.