...

Xocavənddə yük avtomobili minaya düşüb, ölənlər var

Hadisə Materials 19 Sentyabr 2023 04:42 (UTC +04:00)
Xocavənddə yük avtomobili minaya düşüb, ölənlər var
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti