...

Sumqayıt-Bakı qatarı reysə çıxmadı - Səbəbi məlum oldu

Hadisə Materials 22 Noyabr 2023 10:44 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Bakıətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.

Belə ki, saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, Abşeron dairəvi dəmir yolu xəttində rabitə və işarəvermə xəttinə kənar müdaxilə olub:

“Yəni kimlərsə oğurluq məqsədilə elektrik naqillərini kəsib götürüb. Nəticədə bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforlar daimi olaraq qırmızı yanıb. Ona görə də, qatarların hərəkət qrafikində müvəqqəti gecikmə baş verib. Lakin oğurluq səbəbindən baş vermiş texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Hazırda Bakı ətrafındakı dəmir yollarında qatarlar mövcud qrafikə uyğun hərəkət edir”, - deyə qurumdan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti