...

Çində 5,2 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 25 Yanvar 2024 05:48 (UTC +04:00)

Bakı. Trend:

Çində Qırğızıstanla sərhəd yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, təbii fəlakətin episentri Çinin Aksu qəzasından 146 km qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti