...

Ağdamda fərdi yaşayış evində yanğın baş verib (FOTO)

Hadisə Materials 1 Mart 2024 22:27 (UTC +04:00)
Ağdamda fərdi yaşayış evində yanğın baş verib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdamda fərdi yaşayış evi yanır.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Mirəşelli kəndində qeydə alınıb.

Kənd sakini Quliyev Malik Rəsul oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib. 4 otaqlı evin 2 otağı əşyaları ilə birlikdə yanıb.

Əraziyə FHN-nin Ağdam rayon yanğından mühafizə hissəsinin iki yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda FHN əməkdaşları yanğını söndürməyə çalışır.

Xəbər lenti

Xəbər lenti