Bakı. Trend:
Şəki şəhərinin Kiçik Dəhnə kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və bitişik sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin içərisindən həcmi 5 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.