...

Şahbuzda güclü yağışlar nəticəsində qaya parçaları yola aşıb

Hadisə Materials 19 Mart 2024 23:55 (UTC +04:00)

Bakı. Trend

İntensiv yağışlar nəticəsində Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda uçqun baş verib.

Trend-in məluatına görə, iri qaya parçaları yolun hərəkət hissəsinə aşıb. Nəticədə nəqliyyatın hərəkəti məhdudlaşıb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb və sözügedən yolda hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti