...

Xaçmazda məktəbdə yanğın olub

Hadisə Materials 9 Aprel 2024 21:42 (UTC +04:00)
Xaçmazda məktəbdə yanğın olub

Bakı. Trend:

Xaçmaz şəhərində orta məktəb binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti