...

Naxçıvanda yol qəzası: yaralananlar var

Hadisə Materials 13 Aprel 2024 09:30 (UTC +04:00)
Naxçıvanda yol qəzası: yaralananlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə alınıb.

Belə ki, hadisə zamanı iki avtomobil toqquşub və nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti