...

Bakıda qadının çantasını oğurlayan keçmiş məhkumun başqa cinayəti də üzə çıxdı

Hadisə Materials 15 Aprel 2024 10:56 (UTC +04:00)
Bakıda qadının çantasını oğurlayan keçmiş məhkumun başqa cinayəti də üzə çıxdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda qadına qarşı quldurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasından içərisində pulu və 3 ədəd bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramal Ağacanov müəyyən edilərək saxlanılıb.

Onun Nardaran qəsəbəsi ərazisində bir evin zirzəmisindən 4800 manat dəyərində otbiçən və elektrik naqili oğurlaması da məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti