...

Hacıqabulda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Aprel 2024 18:07 (UTC +04:00)
Hacıqabulda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabulda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları tərəfindən araşdırma aparılır.

XXX
17.35

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Trend bu barədə QSC-yə istinadən xəbər verir.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti