...

Yaponiyada iki helikopter qəzaya uğrayıb, bir nəfər ölüb

Hadisə Materials 21 Aprel 2024 05:57 (UTC +04:00)
Yaponiyada iki helikopter qəzaya uğrayıb, bir nəfər ölüb

Bakı. Trend:

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki "SH-60K" patrul helikopteri Sakit okeanda qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kixara deyib.

Məlumata əsasən, təyyarədə səkkiz nəfər olub: onlardan birinin cəsədi sudan çıxarılıb, qalanlarının axtarışı davam edir. Əməliyyatda səkkiz döyüş gəmisi və beş təyyarə iştirak edir.

Bildirilib ki, xilasedicilər helikopterlərdən birinin fraqmentlərini aşkar ediblər. Nazir əlavə edib ki, qəzanın səbəbi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti