...

Şahbuzda avtomobil aşdı: 4 yeniyetmə xəsarət alıb

Hadisə Materials 22 May 2024 17:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şahbuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə Şahbuz rayonunun Külüs kəndi ərazisində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti