Bakı. Trend:
Xaçmaz rayonunun Qaracəlli kəndində “MAN” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 22 ton taxılın 2 tonu və yaxınlıqda 1 ha biçilmiş taxıl sahəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, taxılın qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.