Bakı. Trend:
Mərdəkanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, hadisə Binə körpüsü yaxınlığında qeydə alınıb.
Xocavənd rayon sakini Qurbanov Asim Şahlar oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə 1981-ci il təvəllüdlü piyada Seyidov Fariz Tofiq oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.