...

Xaçmazda qaz sızmasından partlayış baş verib: yaralılar var

Hadisə Materials 23 İyul 2024 14:06 (UTC +04:00)
Xaçmazda qaz sızmasından partlayış baş verib: yaralılar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarında Xaçmazda fərdi yaşayış evində partlayış baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Nabran kəndində balondan qaz sızması nəticəsində baş verib.

Belə ki, partlayış zamanı həmin evdə kirayədə qalan Tovuz rayon sakinləri, 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılara Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti