...

Şahbuz rayonunun Biçənək kəndində 3 yaşayış evi yanıb

Hadisə Materials 6 Avqust 2024 01:34 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonun Biçənək kəndində 3 fərdi yaşayış evində yanğınların baş verməsi barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti