...

Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub

Hadisə Materials 3 Oktyabr 2024 11:52 (UTC +04:00)
Eyni vaxtda və eyni ərazidə baş verən qəzalar yol təsərrüfatına ziyan vurub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün gecə saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 32-ci km-də yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Trend bu barədə AAYDA-ya istinadən məlumat verir.

Belə ki, eyni vaxtda hər iki istiqamətdə hərəkətdə olan yük maşınları eyni ərazidə idarəetmədən çıxaraq yol ayrıcına çırpılıblar. Nəticədə yol ayrıcında olan dəmir tirlər və bir işıq dirəyi sıradan çıxıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti