...

İran üzərindəki hava məkanının bağlanması səbəbilə bir sıra hava gəmisi Bakı Aeroportuna eniş edib

Hadisə Materials 26 Oktyabr 2024 08:48 (UTC +04:00)
İran üzərindəki hava məkanının bağlanması səbəbilə bir sıra hava gəmisi Bakı Aeroportuna eniş edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Trend xəbər verir ki, Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti