Bakı. Trend:
Şəmkirdə qəza zamanı ölənlərdən 1 nəfərin də şəxsiyyəti məlum olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, araşdırmalar zamanı qəza zamanı NİVA markalı avtomobildə ölən digər şəxsin Şəmkir rayon sakini, 28 yaşlı Babək Hüseynov olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqatində hərəkətdə olarkən əks hərəkət daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində VAZ 2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin NİVA markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölmüşdü.
xxx
09:53
Yanvarın 24-ü saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində polisə məlumat daxil olub.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırma aparmaqla bərabər hərəkətin təhlükəsizliyi nəzarətdə saxlanılmaqla bərpa edilib.
"Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqatində hərəkətdə olarkən əks hərəkət daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində VAZ 2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin NİVA markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölmüş, VAZ2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirlib",- deyə o əlavə edib.
Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.