Bakı. Trend:
Hindistanın Uttar-Pradeş ştatının Prayaqrac şəhərində Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilən ən böyük hind festivalı olan "Kumbha-mela" festivalında yaranan izdihamda azı 15 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi Hindistanın tibbi xidmətindəki mənbəyə istinadən bildirib.
Məlumata əsasən, bir çox festival iştirakçısı da yaralanıb və xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.
Hindistanın "Hindustan Times" qəzeti də izdihamla bağlı xəbərlərdən sonra Hindistanın baş naziri Narendra Modinin Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanath ilə telefon danışığı apardığını bildirib.