Ağcabədi. Trend:
Xəbər verdiyimiz kimi, Ağcabədidə zəncirvari qəza baş verib. "Mercedes", "KIA" və "VAZ" markalı avtomobillərin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində Hüsüyev Vüsal Məmməd oğlu (1991-ci il), Əmrahov Sənan Aqil oğlu (1995), Aslanov Azər Fəyyaz oğlu (1992), Ələsgərov Asiman Yaşar oğlu (2007), Aslanlı Elbəy Mövsüm oğlu (2002) həlak olublar).
Hadisənin başvermə səbəbləri araşdırılır.
xxx
20:01
Ağcabədidə zəncirvari qəza olub.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes", "KIA" və "VAZ" markalı avtomobilin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.
Hazırda Ağcabədi Rayon Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerində ölən və yaralıların aidiyyəti üzrə təhvil verilməsi üçün əraziyə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.