Bakı. Trend:
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun
ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb
olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən
ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri
görülür.
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.