...

Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd edən şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 6 Mart 2025 13:28 (UTC +04:00)
Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd edən şəxslər saxlanılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

Trend bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, fevral ayının 19-da sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8 kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.

Fevral ayının 26-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitə marixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhd göstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev Əhəd Əlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü Məmmədli Nəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlü Məmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov Mehman Mahir oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti