Bakı. Trend:
Ağsu rayonunun Hacıuşağı kəndində ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.