Bakı. Trend:
Şirvan şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət dam örtüyü 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.