Bakı. Trend:
Mingəçevirdə ev və avtomobil yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.