Mingəçevir. Trend:
Mingəçevirdə qadın meyiti tapılıb.
Trend-in məlumatına görə, meyit Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsi yaxınlığında aşkarlanıb.
Belə ki, Sahil parkı adlanan ərazidə 1955-ci il təvəllüdlü Hüseynova Qəmərin meyidi tapılıb. Meyid aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.