...

Bakıda polis 11 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb (FOTO)

Hadisə Materials 5 Avqust 2025 11:44 (UTC +04:00)
Bakıda polis 11 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

Trend xəbər verir ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti