Bakı.Trend:
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 1 nəfər isə tutduğu vəzifədən azad olunub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Həmçinin bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin olunub.
