...

Bakı yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş Türkiyə vətəndaşının cəsədi İstambula göndərilib

Hadisə Materials 26 Dekabr 2005 12:23 (UTC +04:00)

Dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmuş Türkiyə vətəndaşı Ərdal Dəmirin cəsədi dekabrın 26-da İstambula göndərilib. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, E.Dəmir Qazaxıstanda xarici şirkətlərdən birində işləyirdi və Bakıdan Aktauya gedirdi.

Qeyd edək ki, təyyarədə olan 18 nəfər sərnişin arasında 6 ölkənin vətəndaşı var idi. Onların 10-nu Azərbaycan, 4-ü Qazaxıstan, yerdə qalan dörd nəfərdən 1-i Türkiyə, 1-i Gürcüstan, 1-i Böyük Britaniya, 1-i isə Avstraliya vətəndaşı idi.

Qəza zamanı həlak olmuş heyət üzvlərinin 5-i də Azərbaycan vətəndaşı idi.

Xəbər lenti

Xəbər lenti