...

İlkin məlumatlara görə, Bauman bazarında dam örtüyünün uçulması nəticəsində 8 azərbaycanlı həlak olub

Hadisə Materials 23 Fevral 2006 16:24 (UTC +04:00)

Fevralın 23-ü günün birinci yarısına olan ilkin məlumatlara görə, Moskvanın Bauman bazarının dam örtüyünün uçulması nəticəsində 8 azərbaycanlı həlak olub. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyinin elçi-müşaviri Cavanşir Axundov məlumat verib.

Onun sözlərinə görə, bu son məlumatlar deyil. Belə ki, xilasetmə işləri hələ dayandırılmayıb və həlak olanlar və yaralananlar barədə xəbərlər hələ daxil olmaqda davam edir.

Yaralanan azərbbaycanlılar arasında bir nəfər Moskvanın 36-cı şəhər xəstəxanasının reanimasiya şöbəsində ağır vəziyyətdədir. Digərlərinin isə vəziyyəti çox ağır deyil.

İlkin məlumatlara görə, 29-cu şəhər xəstəxanasına 4 azərbaycanlı (onlardan biri evə buraxılıb), Sklifosov Eİİ-na - 3 (onların biri haqqında məlumat yoxdur), 2 yaralı isə 30-cu və 36-cı şəhər klinikalarında yerləşdirilib. 71-ci şəhər xəstəxanasına bir azərbaycanlı yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti