...

İrkutskda qəzaya uğramış Atəş Rüstəmov ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirib

Hadisə Materials 10 İyul 2006 21:13 (UTC +04:00)

İrkutskda təyyarə qəzasına uğramış Atəş Rüstəmov ailəsinə zəng vuraraq sağ-salamat olduğunu bildirib. Bu barədə Trend "ATV"yə istinadən xəbər verir.

O öz anasına deyib ki, qəza lükunu birinci açıb və bir neçə sərnişinə təyyarədən çıxmağa köməklik edib. "Təyyarənin yerə çırpılmasından dərhal sonra partlayış baş verdi. Birinci salon alovlandı. Mən öz yerimdə oturmuşdum və təhlükəsizlik kəmərini açmamışdım. Kəməri açanlar isə yerlənindən yıxılaraq alova düşüblər. Mən birinci qəza lükunu açdım. Sərnişinləri arxa tərəfə çağırdılar, səs-küy idi. Mən də sərnişinləri çağırırdım. Özüm birinci çıxdım, mənim ardımca bir neçə nəfər də çıxdı. Onların arasında xəsarət alanlar var idi. Mən 34 nəfər saydım. Sonra isə təyyarəni alov bürüdü", - deyə A.Rüstəmov telekanala müsabihəsində bildirib.

Xəbər lenti

Xəbər lenti