...

Bərdədə iki mərtəbəli bina qəza vəziyyətindədir

Hadisə Materials 16 İyun 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bərdə rayonu Nizami küçəsində 1937-ci ildə inşa olunan iki mərtəbəli bina qəzalı vəziyyətdədir. 69 saylı binanın sakinlərinin sözlərinə görə, binanın bir hissəsinin çökməsi nəticəsində divarlarda çatlar əmələ gəlib. Binada14 ailə yaşayır. Sakinlər yaranmış problemlə bağlı dəfələrə aidiyyatı instansiyalara müraciət etsələr də, heç bir tədbir görülməyib.

Bərdə Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Yaşar Zamanov Trend ə müsahibəsində binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyib və bildirib ki, binanın qəza vəziyyətində olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Zamanovun sözlərinə görə, istismar müddətini başa vuran binanın qəza vəziyyətinə düşməsinin əsas səbəbi binanın çiy kərpicdən tikilməsi və beton örtüyünün lazımi səviyyədə olmamasıdır: "Hətta zəif zəlzələdə belə bina uça bilər. Odur ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tez bir zamanda binaya baxış keçirib rəy bildirməlidirlər".

Xəbər lenti

Xəbər lenti