...

Qubada ilanlar evə daraşıb

Hadisə Materials 3 İyul 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Qubanın Vəlvələ kəndində Heysan Manafova məxsus evə ilanlar daraşıb. Trend in bölgə müxbirinin məlumatına görə, artıq səkkiz gündür ki, evin torpaq döşəməsində cürbəcür zəhərli ilanlar peyda olub. Ev sahibinin dediyinə görə, ilanlar əsasən yataq otağına girirlər. İlanlara sakinlərin yorğan, döşək, yastıqlarında rast gəlinir. Bəzi hallarda isə xalça və palaz üzərində olur. Artıq beş ilan balası öldürülüb. Ailə üzvləri bu müddətdə qonşu evlərdə qalır.

Problemlə əlaqədar rayon Gigiyena və Epidemiologiya Mərkəzinə və Baytarlıq İdarəsinə, Profilaktiki Dezinfeksiya müəssisəsinə müraciət edilib.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti