...

Uqo Çavesdən yeni rekord: 11 saat xitabət kürsüsündə

Maraqlı Materials 14 Yanvar 2012 12:48 (UTC +04:00)
Venesuela Prezidenti Uqo Çaves Milli Assambleyanın deputatları qarşısında çıxışının müddətinə görə növbəti rekordu müəyyən edib.
Uqo Çavesdən yeni rekord: 11 saat xitabət kürsüsündə

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Venesuela Prezidenti Uqo Çaves Milli Assambleyanın deputatları qarşısında çıxışının müddətinə görə növbəti rekordu müəyyən edib. O, cümə günü parlamentdə, demək olar, 11 saat ötən ilin yekunlarına dair hesabat verib. Yerli vaxtla saat 13:00-da xitabət kürsüsünə çıxan Çaves çıxışını gecə yarısı tamamlayıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.

Ötən il onun analoji çıxışı cəmi 7 saat davam etmişdi. Lakin onu da nəzərə almaq lazımdır ki, ötən ilin iyununda prezident xərçəng şişinin çıxarılması ilə bağlı əməliyyata, ondan sonra isə dörd kimya terapiyası kursuna məruz qalmışdı. Budəfəki çıxışı zamanı o, dəfələrlə öz xəstəliyi ilə bağlı mövzuya toxunub. Çaves xərçəng şişinin aradan qaldırılmasından sonra orqanizminin bərpasının çox yaxşı keçdiyini deputatlarla bölüşüb.

Çavesin parlamentdəki 11 saatlıq çıxışından sonra oktyabrın 7-nə təyin olunmuş prezident seçkiləri ərəfəsində onun fiziki vəziyyətinin seçki kampaniyasını tam şəkildə aparmağa mane olmayacağı ilə bağlı artıq heç kimdə şübhə qalmayıb. Qeyd edək ki, prezident dəfələrlə müxalifətə müraciət edərək seçkidə uduzacağı halda məğlubiyyətini birinci özünün etiraf edəcəyini vəd edib. Lakin o, eyni hərəkəti öz rəqiblərindən də gözləyir.

Xəbər lenti

Xəbər lenti