...

Soğan həvəskarlarını əbədi cavanlıq gözləyir

Maraqlı Materials 3 Aprel 2012 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir X.Murtuzayeva/

Yapon alimləri sübut ediblər ki, adi soğan insan orqanizmində qocalma proseslərini ləngitməyə qadirdir. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Belə ki, soğanın tərkibindəki aktiv kükürd birləşmələri bir çox mühüm zonalara yaxşı təsir edir. Bu birləşmələr hisslərə və yaddaşa görə cavabdeh olan beyin hüceyrələrinin cavanlaşdırır.

İnsanlara adi baş soğanın xörəklərə nəinki təkcə zərif dad verdiyi, həm də immunitetə faydalı təsir göstərdiyi, soyuqdəymə ilə mübarizə aparmağa kömək etdiyi məlumdur. Eyni zamanda, onun faydalı xassələri hətta bişirildikdən sonra da 70 faiz qorunub saxlanılır.

Bir müddət əvvəl fransız alimləri də soğanın bir sıra faydalı xüsusiyyətlərini aşkar ediblər. Belə ki, onlar qidada soğandan və sarımsaqdan müntəzəm istifadənin süd vəzisi xərçənginin azalmasına səbəb olduğunu müəyyən ediblər.

Xəbər lenti

Xəbər lenti