...

Kompüter "siçan"ı tarixə qovuşur

Maraqlı Materials 23 May 2012 10:00 (UTC +04:00)
Yeni istehsal edilən texnologiya sayəsində insan əli "siçan"dan istifadə etmədən rəqəmsal nəzarət alətinə çevrilir. Bu barədə çərşənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.
Kompüter "siçan"ı tarixə qovuşur

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Salmanov/

Yeni istehsal edilən texnologiya sayəsində insan əli "siçan"dan istifadə etmədən rəqəmsal nəzarət alətinə çevrilir. Bu barədə çərşənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Bu cür cihazları istehsal etməkdə məqsəd "siçan" və ya ekrana birbaşa toxunmadan kompüterlərə nəzarət etməkdir. Bununla da kompüterdə aparılan əməliyyatları asanlaşdırmaq, yaxud əməliyyat zamanı heç nəyə toxunmadan xəstələrin vəziyyətini müayinə etmək mümkün olur.

İnfraqırmızı işıqla işləyən və üçölçülü istifadə sahəsini təmin edən bu texnologiyanın ilk örnəklərindən biri "Leap Motion" adlı cihazdır.

Bazara çıxarılan cihazın dəyəri 69,99 dollardır. Yeni texnologiya sayəsində istifadəçilər əl və barmaqlarını havada hərəkət etdirməklə kompüterə əmr verə biləcəklər.

Xəbər lenti

Xəbər lenti