...

Qocalmaya nəyin səbəb olduğu məlum oldu

Maraqlı Materials 21 İyul 2012 14:10 (UTC +04:00)
Aparılan son araşdırmalar göstərib ki, həddindən artıq həyəcanlanan şəxslərdə qocalma prosesi həqiqətən sürətlənir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.
Qocalmaya nəyin səbəb olduğu məlum oldu

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir X.Murtuzayeva/

Aparılan son araşdırmalar göstərib ki, həddindən artıq həyəcanlanan şəxslərdə qocalma prosesi həqiqətən sürətlənir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən yazır.

İnsanlar arasında həyəcanlanmanın çox yayılmış növü olan fobik həyacan keçirən, yəni səbəbsiz yerə həddindən artıq dərəcədə yüksəklikdən, izdihamdan qorxan orta yaşlı qadınların telomerlerinin yaşlı qadınlardakından daha qısa olduğu məlum olub.

ABŞ-ın Boston şəhərindəki qadın xəstəxanasında psixiatr Oliviya Okereke stresin bir çox insanı necə qocaltdığını öyrənməyə çalışıb və bu araşdırmanın erkən qocalmaya səbəb olan stress, həyəcan amilinin bunun üçün necə şərait yaratdığını müəyyənləşdirib.

Telomer nədir?

Telomerlər xromosomları və DNT-ni təhlükədən qoruyan bir nöqtədə yerləşir. İnsanlar yaşlandıqca telomerler qısalır. Eyni yaşda olan, lakin telomerleri daha qısa olan insanlarda xərçəng, ürək xəstəliyi, ağlını itirmə və ölüm riskinin daha yüksək olduğu məlum olub.

Doktor Okereke və tədqiqatçılar 42-69 yaşlı 5243 qadın üzərində müayinə aparıblar. Araşdırmalar zamanı daha çox həyəcanlandığı müəyyən edilən qadınların telomerlərinin daha qısa olduğu ortaya çıxıb.

Xəbər lenti

Xəbər lenti