...

Dördayaqlı cücə

Maraqlı Materials 20 Sentyabr 2012 20:12 (UTC +04:00)
Türkiyənin Zonquldak əyalətindəki toyuq fermasında yumurtadan dördayaqlı cücə çıxıb.
Dördayaqlı cücə

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir M.Salmanov/

Türkiyənin Zonquldak əyalətindəki toyuq fermasında yumurtadan dördayaqlı cücə çıxıb. Bu barədə Trend yerli KİV-ə istinadən məlumat verir.

Hazırda 20 günlük cücə digərlərindən ayrı bəslənilir, belə ki, fərqli olması səbəbindən digər cücələr ona zərər verə bilər.

Dördayaqlı cücə iki ayağını yerə basaraq yeriyir, digər iki ayağı isə yerə dəymir. Cücə yeriyərkən 10-15 addımdan sonra yıxılır.

Mütəxəssislər dördayaqlı cücənin doğulmasını genetik pozulma ilə əlaqələndirirlər. Onların sözlərinə görə, heyvanın yaşama ehtimalı çox azdır.

Xəbər lenti

Xəbər lenti