...

Rusiya FTX-si rəsmi məlumat və hesabatları makinalarla yazacaq

Maraqlı Materials 11 İyul 2013 23:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Edvard Snoudenin ABŞ Beynəlxalq Təhlükəsizlik İdarəsinin dünyada milyonlarca insanın telefon və internet məlumatlarını izləməsi haqqında bilgini mətbuata sızdırmasından sonra nəticə çıxarmış Rusiya Federal Təhlükəsizlik Xidməti çıxış yolunu məxfi göstərişlərin makina ilə yazılmasında görüb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İzvestiya qəzeti prezident Vadimir Putinlə yanaşı Kremlin rəsmilərini qorumaqda məsuliyyət daşıyan FTX-nin 20 makina sifariş verdiyini və onların hər birinə görə, 750 dollar ödəməyə hazır olduğunu yazıb.

Federal Təhlükəsizlik Xidməti makinalardan əsasən prezident Vladimir Putin üçün hazırlanan bəzi rəsmi məlumat və hesabatları yazmaq üçün istifadə edəcək.

Xəbər lenti

Xəbər lenti