...

Hindistanda delfinlər şəxsiyyət kimi tanındı, delfinariyalar qadağan edildi

Maraqlı Materials 30 İyun 2014 16:37
Hindistan hakimiyyəti delfinlərə "insan nəslinə aid olmayan şəxsiyyət" statusu verib.
Hindistanda delfinlər şəxsiyyət kimi tanındı, delfinariyalar qadağan edildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Ulucay Məmmədov/

Hindistan hakimiyyəti delfinlərə "insan nəslinə aid olmayan şəxsiyyət" statusu verib. Bu barədə Trend "thePo.st" saytına istinadən xəbər verir.

Beləliklə, Hindistan delfinlərin unikal intellekti və dərrakəsini tanıyan ilk ölkə olub.

Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin qərarına görə, delfinlərin delfinariya, akvarium və okeanariumlarda məcburi şəkildə istifadəsi qadağandır.

Qərarda qeyd olunur ki, delfinlərin "öz xüsusi hüquqları olmalıdır".

Daha öncə alimlər delfinlərin bir-birilərini öz "adları" ilə çağırdığını sübut edən faktlar aşkar ediblər. Araşdırmalar üzə çıxarıb ki, dəniz məməliləri bir-birilərini xüsusi fitlə çağırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti