...

Salvador Dalinin 24 il unudulan əsərləri...

Maraqlı Materials 30 Sentyabr 2014 18:32 (UTC +04:00)
75 yaşlı Hindistan əsilli ABŞ vətəndaşı Bimal Banerci şəxsi kolleksiyasından məşhur rəssamların 83 şəkil və rəsm əsərini doğma Kəlküttə şəhərinin "The Victoria Memorial Hall" Milli Muzeyinə hədiyyə edib.
Salvador Dalinin 24 il unudulan əsərləri...

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

75 yaşlı Hindistan əsilli ABŞ vətəndaşı Bimal Banerci şəxsi kolleksiyasından məşhur rəssamların 83 şəkil və rəsm əsərini doğma Kəlküttə şəhərinin "The Victoria Memorial Hall" Milli Muzeyinə hədiyyə edib.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ictimaiyyətin yalnız bu yaxınlarda həmin əsərlərdən, daha doğrusu, Salvador Dalinin iki rəsm əsərindən xəbəri olub. Belə ki, B.Banerci həmin əsərləri muzeyə 1990-cı ildə hədiyyə etmişdi. Rəsmlər 24 il muzeyin ehtiyatında qalıb.

Əsərlərin uzun müddət muzeyində ehtiyatında qalmasını heç kəs izah edə bilmir. Görünür, sənətşünaslar həmin əsərləri layiqincə qiymətləndirə bilməyiblər.

S.Dalinin rəngli karandaşlarla nazik yapon rəsm kağızı üzərində çəkilmiş iki əsəri 1946-cı ildə Nyu Yorkda dərc edilmiş Uilyam Şeksprin "Maqbet" faciəsinə illüstrasiyalar silsiləsinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti