...

109 yaşlı qadının uzunömürlülük sirri

Maraqlı Materials 21 Yanvar 2015 17:11 (UTC +04:00)
Yanvarın 2-də 109 yaşı tamam olan Şotlandiyanın ən yaşlı sakini Cessi Gellen uzun ömür sürməsinin sirrini hər səhər sıyıq yeməkdə və kişilərdən uzaq olmaqda görür.
109 yaşlı qadının uzunömürlülük sirri

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Yanvarın 2-də 109 yaşı tamam olan Şotlandiyanın ən yaşlı sakini Cessi Gellen uzun ömür sürməsinin sirrini hər səhər sıyıq yeməkdə və kişilərdən uzaq olmaqda görür. Bu barədə Trend "Lenta.ru"ya istinadən xəbər verir.

Heç vaxt ərdə olmayan qadın deyib ki, kişilər gətirdikləri problemlərə dəymirlər: "Mən əminəm ki, daimi məşqlər, hər səhər bir boşqab sıyıq və heç vaxt ərdə olmamağım öz işini görüb".

Hazırda qadının yaşadığı Aberdindəki qocalar evinin əməkdaşı Rebekka Striter danışır ki, pensiyaçı qadın birgə məşğələlərdə fəal iştirak edir və məşq etməyi çox sevir. Bundan əlavə, Gellen müntəzəm şəkildə konsertlərə və hər bazar günü kilsəyə gedir.

Cessi Gellen 1906-cı ildə fermer ailəsində anadan olub. Onun beş bacısı və bir qardaşı olub. 13 yaşında doğma evini tərk edərək sağıcı olub. Sonralar qadın bir neçə dəfə iş yerini dəyişib: "Mənim daim yaxşı işəgötürənlərim və həmkarlarım olub. Bugünkü dünyanın mənim böyüdüyüm dünyadan nə qədər fərqləndiyini görmək maraqlıdır".

Gellen özünün 109 yaşını rəfiqələrinin əhatəsində bayram naharı ilə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti