...

Alimlər əsnəmə ilə psixopatiya arasında əlaqə olduğunu tapıblar

Maraqlı Materials 19 Avqust 2015 23:39 (UTC +04:00)
Amerikalı alimlər insanların psixi müvazinəti ilə əsnəmə arasında birbaşa asılılığın olduğunu müəyyən ediblər.
Alimlər əsnəmə ilə psixopatiya arasında əlaqə olduğunu tapıblar

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Amerikalı alimlər insanların psixi müvazinəti ilə əsnəmə arasında birbaşa asılılığın olduğunu müəyyən ediblər. Təcrübə zamanı məlum olub ki, insanın psixopatik xüsusiyyətləri nə qədər çoxdursa, başqasına baxıb əsnəmək ehtimalı bir o qədər azdır. Trend bu barədə "The Daily Mail"-ə istinadən məlumat verir.

Tədqiqatda 135 tələbə iştirak edib. Əvvəlcə onlar makiavellizm (öz mənafeyin naminə başqalarını manipulyasiya etmək), islah olunmazlıq və üsyankarlıq kimi xüsusiyyətlərin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş anketləri doldurublar. Sonra təcrübə iştirakçılarına müxtəlif üz ifadələri olan insanların videosu nümayiş etdirilib. Videoda əsnəyən insanların olduğu kadrlar da yer alıb.

Mütəxəssislər sərt, amansız iştirakçıların nadir halda əsnəyən insanları təkrarladığını müəyyənləşdiriblər. Alimlər hesab edir ki, bu, əsnəmə "yoluxması"nın empatiya ilə sıx əlaqəli olduğunu sübut edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti