...

10 qramlıq musiqi aləti – Tovuz sakinindən unikal ixtira (FOTO/VİDEO)

Maraqlı Materials 22 İyun 2016 15:52 (UTC +04:00)
Tovuz sakini 30 saniyəyə unikal musiqi aləti hazırlayıb.
10 qramlıq musiqi aləti – Tovuz sakinindən unikal ixtira (FOTO/VİDEO)

Bakı. Trend:

Tovuz sakini 30 saniyəyə unikal musiqi aləti hazırlayıb.

Trend TTV-yə (Region TV) istinadən xəbər verir ki, ölçüsü 5-7 sm, çəkisi 10 qram olan bu nəfəs alətini Tovuz rayon Hacıhəsənli kənd sakini Süleyman Hüseynov düzəldib.

Özü balaca olsa da, ölçüsündən dəfələrlə böyük səs çıxarır.

O, hazırlanma qaydasını yuxuda gördüyünü deyib və onu ərsəyə gətirmək üçün 30 saniyə vaxt sərf edib: “Meşədə “keçi ağacı” deyilən bir ağac var, ondan 4 künc kəsdim və düzəltdim”.

S.Hüseynov hazırladığı alətə "Qamış" adı verib. Deyir ki, bu onun çörək ağacıdır. O, sənət yoldaşı Qulu Əsədovla birlikdə istirahət zonalarına gedir və müxtəlif musiqiləri ifa edib pul qazanırlar. İxtiraçı növbəti işindən də söz açıb. Dediyinə görə, yeni musiqi aləti düzəltməyi düşünür. Yeni əl işindən fleyta və simli alətlərin də səsini ala biləcəyini iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti