...

Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz (FOTO/VİDEO)

Maraqlı Materials 10 Fevral 2017 19:58 (UTC +04:00)
"Kickstarter" və "Indiegogo" platformasında "Skinners" adlı dünyanın ən möhkəm corabları üçün vəsait toplanmağa başlanılıb.
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz (FOTO/VİDEO)

Bakı. Trend:

"Kickstarter" və "Indiegogo" platformasında "Skinners" adlı dünyanın ən möhkəm corabları üçün vəsait toplanmağa başlanılıb.

İstehsalçıların sözlərinə görə "Skinners" sahibləri, artıq heç bir ayaqqabıya ehtiyac duymayacaq.

Bu qeyri adi corablardan küçədə gəzərkən, yüngül atletika ilə məşğul olarkən eyni zamanda idman zalında istifadə etmək mümkündür. Onların sirri rezinə bənzər alt hissəsinin inanılmaz dərəcədə sərt olmasıdır. İstehsalçılar öz ixtiralarının doğruluğunu sübüt etmək üçün, konstruktor və şüşə qırıntıları üzərində yeriyərək məhsulu sınaqdan keçiriblər.

Corabın başqa üstün xüsusiyyətlərindən biri də, çəkisinin çox az olmasıdır. Corabın çəkisi cəmi 80 qramdır. Digər adi corablar kimi "Skinners"ə də, istədiyiniz formanı verib, istədiyiniz şəkildə qatlaya bilərsiniz.

Onu da qeyd edək ki, "Skinners"in istehsalçıları ideyanın inkişafı üçün 10.000 dollar məbləğin kifayət etdiyini bildirsələr də, toplanılan məbləğ 654.000 dollar olub. Corabların ilk seriyası avqust ayından satışa çıxarılacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin.

"Texno Park" bazar günü, saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında.
https://www.youtube.com/TexnoPark
https://www.facebook.com/AZTexnoPark/

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

Xəbər lenti

Xəbər lenti