...

İlk SMS mesaj hərracda satılıb

Maraqlı Materials 23 Dekabr 2021 04:25 (UTC +04:00)
İlk SMS mesaj hərracda satılıb

Bakı. Trend:

Fransada keçirilən "Aguttes" hərracında dünyada göndərilən ilk sms mesaj satılıb.

Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, SMS mesaj NFT formatında 132 680 avroya satılıb.

SMS mesajda "Merry Christmas" mətni olub. Belə ki, 1992-ci ilin 3 dekabr tarixində "Vodafone" şirkətinin mühəndisi Nil Papuort bu mesajı öz həmkarı Riçard Carvisə göndərmişdi.

Anonim qalmaq istəyən alıcı mesajın göndərildiyi orijinal rabitə protokolunu, həmçinin mesajın təsviri olan rəqəmsal çərçivəni alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti