...

Azərbaycanlı alpinistdən fədakarlıq - Pakistanda müəllimin həyatını xilas etdi

Maraqlı Materials 7 İyul 2023 09:14 (UTC +04:00)
Azərbaycanlı alpinistdən fədakarlıq - Pakistanda müəllimin həyatını xilas etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda azərbaycanlı alpinist fədakarlığı ilə dünyanın diqqətini çəkib. O, 7 500 metr yüksəklikdə qalmış müəllimi xilas edib.

Trend xəbər verir ki, Pakistanın yüksək Nanqa Parbat dağlıq ərazisində qar korluğu səbəbindən köməksiz vəziyyətdə qalmış yerli alpinist, universitetdə müəllim işləyən 45 yaşlı Asif Bhatti beş gün sonra təhlükəsiz şəkildə baza düşərgəsinə çata bilib.

Pakistanın “Alp” klubunun katibi Karrar Haidri məlumatı təsdiqləyərək bildirib ki, Asif Bhatti bazar günü 8 126 metr yüksəklikdəki dağa qalxmaq istəyərkən qar korluğu səbəbindən 4-cü düşərgədə - 7 500 metr hündürlükdə qalmağa məcbur olub.

Zirvəyə qalxan azərbaycanlı alpinist İsrafil Aşurlu bazar ertəsi Bhatti ilə əlaqə saxlayıb. O, zirvəsini tərk edərək pakistanlı alpinistə kömək edib.

Onlar çərşənbə axşamı enməyə başlayıblar və axşama doğru 3-cü düşərgəyə çatıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti