...

Alen Delonun dəfn mərasimində təhlükəsizliyi 80 jandarm təmin edəcək

Maraqlı Materials 24 Avqust 2024 17:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur fransız aktyoru Alen Delonun dəfn olunacağı Duşi kommunasındakı mülkünün təhlükəsizliyini təmin etmək üçün 80 jandarm yerləşdiriləcək.

Trend BFMTV telekanalına istinadən xəbər verir ki, Delonun dəfn mərasimi bu gün saat 17.00-da (Bakı vaxtı ilə 18.00) keçiriləcək.

Mərasimə kino ulduzunun üç övladı və məhdud sayda qonaq qatılacaq.

“Aktyorun şənbə günü dəfn olunacağı Duşidəki mülkünün təhlükəsizliyini təmin etmək üçün səksən jandarm göndərilib”, - deyə telekanalın açıqlamasında bildirilir. Bundan əlavə, Delon ailəsinin xahişi ilə foto və video çəkilişlərin qarşısını almaq üçün mülkün ərazisi üzərində dronların uçuşuna qadağa qoyulacaq.

Ümumilikdə, dəfn mərasimində təxminən 40 nəfərin iştirak edəcəyi bildirilir. Aktyor nə dəbdəbəli dəfn mərasimi, nə də milli vidalaşma istəməyib. O, yaşadığı və 35 itinin basdırıldığı mülkdə dəfn olunacaq.

Xatırladaq ki, fransız səhnə və kino aktyoru, rejissor və ssenarist Alen Delon ötən bazar günü 88 yaşında vəfat edib.

Xəbər lenti

Xəbər lenti